Leysan məşhur klubun stadionunu viran qoydu
08 oktyabr 2014 11:27 (UTC +04:00)

Leysan məşhur klubun stadionunu viran qoydu

Fransada leysan səbəbindən “Monpelye” klubunun stadionu yararsız hala düşüb. Lent.az-ın isport.ua-ya istinadən məlumatına görə, "Estadio de la Masson" hazırda bataqlığı xatırladır. Fransa mətbuatı yazır ki, kubun prezidenti Loran Nikollen "Monpelye"nin ev oyunlarını bir müddət bu arenada keçirə bilməyəcəyini bildirib.

 

Klub Nim və İstrdə yerləşən stadionların rəhbərləri ilə danışıqlara başlayıb və bir müddət bu şəhərlərdəki stadionlarda ev oyunlarını keçirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208

Oxşar yazılar