Məşhur klubun prezidenti polis nəzarətində
19 noyabr 2014 10:47 (UTC +04:00)

Məşhur klubun prezidenti polis nəzarətində

Fransanın köklü klublarından olan “Marsel”in prezidenti Vensan Labrun polis nəzarətinə götürülüb. Lent.az-ın məlumatına görə, adıçəkilən klub rəsmisi hücumçu Andre-Pyer Jinyakın transferində yanlışlığa yol verib. Daha dəqiq desək, 2010-cu ildə 16 milyon avro qarşılığında baş tutan transfer zamanı Labrun, həmçinin “Marsel”in sabiq rəhbəri Jan-Klod Dassye və idarəçilərindən olan Filipp Peres pul mənimsəməkdə təqsirli bilinir. Qeyd edək ki, həmin vaxt Labrun klubda maliyyə məsələləri üzrə məsul şəxs idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar