Məşhur futbolçu karyerasını başa vurdu
26 yanvar 2015 13:35 (UTC +04:00)

Məşhur futbolçu karyerasını başa vurdu

Argentina millisinin tanınmış futbolçusu Xuan Roman Rikelme futbolla vidalaşıb. Lent.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi karyerasını başa vurduğunu rəsmən açıqlayıb. Onun son klubu Buenos-Ayresi təmsil edən "Argentinos Xuniors" olub.

 

 

Qeyd edək ki, o, İspaniyanın "Vilyareal" (2003-2007) və "Barselona" (2002-2003) klublarında oynayıb. Argentina millisində isə milli 51 dəfə meydana çıxıb və 17 qola imza atıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar