Fransa yığmasının sabiq futbolçusu Uilyam Qallas futbolla vidalaşıb. Lent.az-ın məlumatına görə, karyerası ərzində “Çelsi” və “Arsenal” kimi klublarda oynamış müdafiəçi 37 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Qallasın tezliklə məşqçiliyə başlayacağı gözlənilir.
Qeyd edək ki, Qallas həmçinin “Kan”, “Marsel” və “Tottenhem” klublarının da formasını geyinib. Onun son komandası isə Avstraliya təmsilçisi "Pert-Qlori" olub.
2002-2010-cu illərdə Fransa yığmasının formasını geyinən Qallas millidə 84 oyunda 5 qola imza atıb.