Məşəl İçərişəhərə gətirildi
10 iyun 2015 00:18 (UTC +04:00)

Məşəl İçərişəhərə gətirildi

0

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da “Alov qüllələri” kompleksindən start verilib. APA-nın xəbərinə görə,  məşəl alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan “Alov qüllələri”nin ən hündür nöqtəsindən aşağı endirilib.

 

Sonra məşəl UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.

 

“Bakı-2015” məşəlinin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, oradan isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirilib. Asəf Zeynallı küçəsi ilə hərəkətə davam edən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidindən, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlərə aid Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.

 

Məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və "Bakı 2015"in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar