<b>Meneceri təsdiqlədi:</b> Levandovski “Bavariya”dan ayrıla bilər
24 sentyabr 2015 19:10 (UTC +04:00)

Meneceri təsdiqlədi: Levandovski “Bavariya”dan ayrıla bilər

0

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə polşalı forvardın meneceri Kerzari Kuçarski məlumat verib.

“Volfsburq”la qarşılaşmada 9 dəqiqə ərzində penta-trik edən Levandovski “Mançester Yunayted” və “Mançester Siti”nin maraq dairəsindədi. Lakin Kuçarskinin sözlərinə görə, 27 yaşlı futbolçu İspaniyaya köçərsə, onun üçün daha uğurlu alınar: “Mənim beynimdə Robertin gələcək karyerası ilə bağlı bir plan var. Onu Mançesterə apara bilərəmmi? Orda hər zaman yağış yağır. Münhen yaşamaq üçün Mançesterdən daha əlverişli şəhərdi. İspaniya da ola bilər. Məncə, La Liqa Levandovski kimi bir futbolçu üçün ən ideal yerdi”.

Qeyd edək ki, menecerin bu açıqlamasından dərhal sonra hərəkətə gələn “Barselona” və “Real” Levandovskiyə ilk təklifini göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar