Mario Balotelli "Instagram"da paylaşdığı irqçi fikirlərə görə cəzalandırdı
19 dekabr 2014 02:32 (UTC +04:00)

Mario Balotelli "Instagram"da paylaşdığı irqçi fikirlərə görə cəzalandırdı

0

İngiltərə Futbol Asssosiasiyası "Liverpul"un hücumçusu Mario Balotellini bir oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb İtaliya millisinin üzvünün sosial şəbəkədə paylaşdığı şəkildə irqçi fikirlər səsləndirməsi olub.

 

Bundan başqa, sözügedən ölkə asssosiasiyası Balotellini həm 25 min funt sterlinq məbləğində cərimələyib, həm də 24 yaşlı futbolçunu xüsusi bir təhsil proqramına qatılmasını tələb edib.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq Mario paylaşdığı şəkildə bunları yazıb: “İrqçi olmayın! Yaponlar tərəfində yaradılan, ingiliscə danışan, xarici görünüşüylə meksikalıya bənzəyən italiyalı “Supr Mario” kimi olun. O, qaradərililər kimi tullanır, yəhudi kimi isə qızıl yığır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar