Dieqo Maradonanın futbol üzrə İraq milli komandasına baş məşqçi təyinatı baş tutmayıb. Lent.az-ın məlumatına görə, bu vəzifə yerli mütəxəssis Hakim Şakirə tapşırılıb.
Şakir əvvəllər ölkənin 19 yaşlılardan ibarət yığmasına rəhbərlik edib. Zikonun istefasından sonra isə o, əsas millidə baş məşqçi səlahiyyətlərini icra edib.
49 yaşlı mütəxəssisin yeni vəzifədə debütü gələn həftə Bəhreyndə start götürəcək Fars körfəzi Millətləri Kubokuna təsadüf edəcək.
Qeyd edək ki, İraq millisinin baş məşqçi postuna Dieqo Maradonadan əlavə, Sven-Yoran Eriksson da namizəd idi.