Fələstin Futbol Federasiyası (FFF) Dieqo Maradonanın Fələstin yığmasına baş məşqçi təyin olunması xəbərini təkzib edib. Lent.az-ın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, FFF-nin idarə heyətinin üzvü Susan Şalib yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Maradonanın Fələstin yığmasına baş məşqçi təyin olunması xəbəri şayiədir. Federasiya prezidenti miliyə fələstinli məşqçinin rəhbərlik etməsini istəyir”.
Qeyd edək ki, dünən Argentina mətbuatı Dieqo Armando Maradonanın Fələstin millisini çalışdıracağını xəbər vermişdi.
Maradona 2012-ci ildə Səudiyyə Ərəbistanın “Əl vasl” klubundan ayrıldıqdan sonra işsizdir.