Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura Mançester derbisi ilə yekun vurulub. Lent.az-ın məlumatına görə, lider “Mançester Yunayted” ən yaxın izləyicisi “Mançester Siti”ni qəbul edib.
Oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 51-ci dəqiqədə “şəhərli” futbolçu Ceyms Milner açıb. 8 dəqiqə sonra “qırmızı şeytanlar”ın oyunçusu Fil Consonun zərbəsindən sonra Vensan Kompani topu öz qapısına göndərib. Matçda son nöqtəni isə 78-ci dəqiqədə Serxio Aquero qoyub.
Beləliklə, “Mançester Yunayted” Premyer Liqada son 19 matçda ilk dəfə məğlubiyyətə düçar olub. Amma “mankunianlar” 77 xalla 1-ci pillədə qalıblar. Xallarını 65-ə çatdıran “Mançester Siti” isə yenə 2-cidir.