Luis Suareslə Corco Kyellini barışır
20 noyabr 2014 01:14 (UTC +04:00)

Luis Suareslə Corco Kyellini barışır

0

Apasport.az saytının məlumatına görə, artıq hər iki futbolçunun agentləri gözlənilən görüşün tarixi barədə danışıqlara başlayıblar.

 

Suares və Kyellini arasındakı görüş KİV nümayəndələrinin iştirakı ilə baş tutacaq.

 

Qeyd edək ki, Suares DÇ-2014-ün Uruqvay - İtaliya matçında Corco Kyellinini dişlədiyi üçün futboldan 4 ay kənarlaşdırılıb. Forvard millinin heyətində 9 oyunluq diskvalifikasiya edilmişdi. Lakin Luisə “Barselona”nın heyətində məşq etməyə və yoldaşlıq matçlarında meydana çıxmağa icazə verilmişdi. Ötən ay Suaresin cəzası başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 787

Oxşar yazılar