“Biz çox sevincliyik. Mənim unikal oyunçulardan ibarət əla kollektivim var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqası kubokunu qazanmış “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.
Futbolçularını əsgərə bənzədən Enrike, onların gördükləri işdən zövq aldıqlarını və hər zaman qalib olduqlarını qeyd edib:
“Onlar işlərindən zövq alırlar və qazandıqları uğurlarla bizləri də sevindirirlər. Bu, mövsümün 60-cı oyunu idi. Biz bu oyunlardan 50-ni qələbə ilə başa vurmuşuq. Bizə inanan hər kəsə təşəkkür edirik”.
“Trebl” etməyi əsas məqsəd olaraq görmədiklərini qeyd edən mütəxəssis, əsas məqsədlərinin iştirak etdikləri bütün turnirlərdə ən yaxşı olmaq olduğunu söyləyib:
“Mənim oyunçularım göstərdilər ki, onlar hələ də qələbədən doymayıblar”.