Təcrübəli italyan mütəxəssis Marçello Lippi Çinin “Quançjou Everqrand” klubunun baş məşqçisi postunu tərk edib. Lent.az-ın məlumatına görə, buna Lippinin məşqçilik karyerasını başa vurması səbəb olub. Maraqlıdır ki, onun yerinə sabiq yetirməsi Fabio Kannavaro gətirilib. Lippinin özü isə bundan sonra “Quançjou Everqrand”da texniki direktor vəzifəsini icra edəcək.
Qeyd edək ki, Lippi 2012-ci ildən Çin klubunu çalışdırırdı. Onun rəhbərliyi altında “Quançjou Everqrand” 2 dəfə ölkə çempionu adını qazanıb. Bundan əlavə, Lippinin komandası 2013-cü ildə Asiya Çempionlar Liqasının qalibi olub.