Türkiyə Superliqasında 2012-2013-cü il mövsümünün ikinci dövrəsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, XVIII turun ilk günündə yalnız bir qarşılaşma baş tutub.
Son ölkə çempionu “Qalatasaray” səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib. İlk yarıya 1:1 hesabı ilə yollanan "Cim Bom" ikinci hissədə buraxdığı tək qolla meydandan məyus ayrılıb - 1:2.
Beləliklə, birinci dövrəni 33 xalla lider tamamlayan “aslanlar” bu mövsüm ikinci və 2013-cü ildə isə ilk məğlubiyyətinə üzülüb.
Qeyd edək ki, Türkiyə Superliqasının XVIII turunun digər görüşləri bu axşam və sabah keçiriləcək.
Türkiyə Superliqası
XVIII tur
18 yanvar
"Kasımpaşa" - "Qalatasaray" - 2:1
İbriçiç, 28, Viudez, 50 - Elmander, 18
19 yanvar
"Sivasspor" - "Qaziantepspor"
"Bursaspor" - "Kayserispor"
"Beşiktaş" - "İstanbul BB"
20 yanvar
"Antalyaspor" - "Gənclərbirliyi"
"Trabzonspor" - "Karabükspor"
"Fənərbaxça" - "Elazığspor"
21 yanvar
"Orduspor" - "Mersin İdmanyurdu"
"Akhisar Bələdiyyəspor" - "Əskişəhərspor"