Lent.az “ilin ən yaxşısı” oldu - SİYAHI
24 dekabr 2012 19:21 (UTC +04:00)

Lent.az “ilin ən yaxşısı” oldu - SİYAHI

Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşılarını mükafatlandırıb. Lent.az-ın məlumatına görə, idmanı ən yaxşı işıqlandıran internet portalı kimi nazirlik Lent.az-ı seçib. Mükafatı Lent.az-ın əməkdaşı Elşən Məmmədova gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim edib. Telekanallar arasında isə “İdman Azərbaycan”, “ATV” və “Lider” seçilib. Telekanallardakı idman jurnalistlərindən Sənan Şəfizadə (ATV), Tural Xudiyev (Space) və Rəşad Hacıyev (İdman Azərbaycan) fərqlənib.

 

 

Saytlarda fəaliyyət göstərən idman jurnalistləri də mükafatlandırılıb. Rüstəm Piriyev (Exo), Səxavət Quliyev (AzərTAC) və Elmir Əliyev (1news) bu sahədə ən yaxşılar kimi seçilib. 2012-ci ildə idman tədbirlərini ən yaxşı işıqlandıran qəzet kimi “Olimpiya Dünyası”, informasiya agentliyi isə “Azərtac” seçilib.

 

Bundan başqa, ilin ən yaxşı klubları da bəlli olub. Siyahıya 4 müxtəlif idman növünü təmsil edən klublar daxil edilib.

 

Fərqlənən klublar aşağıdakılardır:

 

“Rabitə” voleybol klubu

“SOCAR Azərbaycan” şahmat klubu

“Neftçi” futbol klubu

“Akkord” otüstü hokkey klubu

 

Nazirlik ilin ən fəal veteran və ən yaxşı gənc idmançılarını da açıqlayıb. Ən fəal veteran idmançı kimi Məhəmməd Müslümzadə mükafatlandırılıb. Ən yaxşı gənc idmançı isə Gülhüseyn Abdullayev olub.

 

Tədbirdə ilin ən yaxşı idman qurğularının da adına aydınlıq gəlib. “Kür” Olimpiya İdman Tədris Mərkəzi, Sabirabad Olimpiya Kompleksi və İsmayıllı Olimpiya Kompleksi 2012-ci ilin ən yaxşı idman qurğuları seçilib.

 

# 997
avatar

Oxşar yazılar