Kriştianu Ronaldunun qiyməti 1 milyarda qalxdı
10 sentyabr 2015 06:31 (UTC +04:00)

Kriştianu Ronaldunun qiyməti 1 milyarda qalxdı

0

İspaniyanın “Real” klubu yaxın zamanlarda Kriştianu Ronaldu ilə yollarını ayırmaq niyyətində deyil.

 

APA-nın məlumatına görə, bunu klubun prezidenti Florentino Peres bəyan edib.

 

O, Parisin PSJ klubunun Kriştianu Ronaldunu öz sıralarına qatmaq fikrindən xəbərdar olduğunu bildirib: “Əgər PSJ Kriştianunu istəyirsə, buna nail ola bilər. Lakin transfer üçün 1 milyard avro ödəməli olacaq. Futbolda nəyisə əvvəlcədən proqnozlaşdırmaq çətindir, lakin biz 2016-cı ildə Ronaldu ilə vidalaşmaq niyyətində deyilik. Onun klubla müqaviləsinin bitməsinə hələ 3 il qalır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar