Kazanda 500-dən çox azarkeş tutulub. Lent.az-ın Tatarıstanın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə dünən futbol üzrə Rusiya çempionatı çərçivəsində Kazanda keçirilən “Torpedo” – “Rubin” qarşılaşmasından sonra baş verib.
“Kazan Arenada gerçəkləşən oyun 2:1 hesabla ev sahibinin xeyrinə bitib. Qonaq komandanın azarkeşləri məğlubiyyətdən əsəbləşərək oyun sırasında 4 fişəng, 5 tüstü bombası, 2 yanan və 6 pirotexniki vasitə yandırıb. Nəticədə stadiona xeyli zərər dəyib. 20-yə yaxın oturacaq sıradan çıxıb. Dəyən ziyanın məbləği hesablanır. Bundan sonra 521 azarkeş polis tərəfindən saxlanılıb. Onlardan 210-u yeniyetmədir".