İspaniyalı qapıçı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, hazırda “Porto”da çıxış edən 36 yaşlı “çərçivə qoruyucusu” “Liverpul”un maraq dairəsinə düşüb.
“Mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhbətində yeni qapıçı alınmasını tələb edib. O, çərçivədəki problemin Kasilyas vasitəsilə aradan qaldırılacağını bildirib. “Porto” da təcrübəli çərçivə qoruyucusu ilə vidalaşmağa qarşı deyil. “Əjdahalar” klubda ən çox maaş alan futbolçunu satmaqla, maddi cəhətdən irəli düşmək istəyirlər.
Qeyd edək ki, “Real”ın yetirməsi olan İker Kasilyas 2015-ci ildən “Porto”nun formasını geyinir.