Karlos Tevesin atası azad edildi
30 iyul 2014 04:26 (UTC +04:00)

Karlos Tevesin atası azad edildi

APA-nın xəbərinə görə, 8 saat ərzində girov saxlanılan Tevesin atası sağ-salamatdır.

 

Cinayətkarlar Argentinanın paytaxtı Buenos-Ayresdən 20 km aralıda yerləşən Moron şəhərində girov götürdükləri Sequndo Teves üçün pul tələb ediblər. Atalarını girovluqdan azad etmək üçün Teveslər ailəsi  37 min avro ödəməli olub.

 

Hadisə iyulun 29-u, səhər saatlarında baş verib. Sequndo Teves “Volkswagen Vento” avtomobilinin sükanı arxasında olarkən tapança ilə hədələnərək qaçırılıb. İlkin məlumata görə, cinayətkarlar 3 nəfər olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar