İrina Zaretskadan sonra +84 kq çəki dərəcəsindəki idmançımız Ayxan Mamayevdə yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, o ilk görüşdə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Qarşılaşma 0-0 hesabı ilə başa çatıb. Mamayevin növbəti rəqibi ukraniyalı Yaroslav Haruna olub. Görüş 6-3 qələbəsi ilə başa çatıb. Bununla Ayxan Mamayev yarımfinal mərhələsinə vəsiqə qazanıb.
******
Qadın karateçimiz yarımfinala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa olduqca ciddi rəqibə qarşı mübarizə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino üz-üzə gəlib. Qarşılaşma azərbaycanlı idmançının 6-1 hesabı qələbəsi ilə başa çatıb. İ. Zaretska bundan sonra avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gəlib. Bu qarşılaşmada həmvətənlimizin 1-0 hesabı ilə qələbəsi ilə nəticələnib. Zaretska artıq yarımfinala vəsiqə qazanıb.
****
Bu gün Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.
İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artıra bilərlər. Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.
Kata
Kişilər
B qrupu
Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.
Qadınlar
B qrupu
Ölkəmizi təmsil edəcək Adilə Qurbanova ilk olaraq almaniyalı Jasmin Bleuldan üstün olmağa çalışacaq. Dünya kubokunun ikiqat qalibi daha sonra Dilarə Bozanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək. Qurbanovanın qrupdakı son rəqibi isə Xorvatiya təmsilçisi Vlatka Kiuk olacaq.
Kumite
+84 kq
B qrupu
Azərbaycan karateçisi Şahin Atamov qrupda ilk sınağını dünya çempionu Ərkan Enesə qarşı verib. Qarşılaşma 10-1 hesabı ilə türkiyəlinin xeyrinə vaşa çatıb. . Dünya və Avropa çempionatının gümüş mükafatını qazanmış Atamov daha sonra elə də zəngin karyerası olmayan makedoniyalı Martin Nestorovskini ilə uduzub. -3-5. Həmyerlimiz qrupdakı son görüşünü təcrübəli Spiridon Marqaritopulosa qarşı keçirəcək.
+68 kq
A qrupu
Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk oyununda xorvatiyalı Masa Martinoviçə üz-üzə gəlib. O, həmin qarşılaşmanı 1-2 hesabı ilə məğlub olub. Həmyerlimizin növbəti rəqibi fransalı Nadege İbrahimədə 5-0 hesabı ilə məğlub olub. Səmədli son görüşünü isə Hana Antunoviçə (İsveç) qarşı keçirəcək.