Rusiya Futbol İttifaqı (RFİ) milli komandanın baş məşqçisi Fabio Kapollonun maaş borcunu ödəyib.
Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, təcrübəli mütəxəssisin bank hesabına 6 milyon avro (400 milyon rubl) ödənilib.
Qeyd edək ki, rus iş adamı Alişer Usmanovun Rusiya Futbol İttifaqına ayırdığı güzəştli kreditlə F.Kapellonun borcu verilib.
Xatırladaq ki, F.Kapello ötən ilin iyunundan maaşını ala bilmirdi.