Kamran Ağayevin komandası tarixi derbidə qalib gəldi
08 noyabr 2015 17:58 (UTC +04:00)

Kamran Ağayevin komandası tarixi derbidə qalib gəldi

0

Türkiyə PTT 1-ci liqasında XI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamra Ağayevin şərəfini qoruduğu “Karşıyaka” İzmirin digər təmsilçisi “Göztəpə”ni qəbul edib.

 

Türkiyənin ən prinsipial derbilərindən biri olan İzmir derbisində həmyerlimizin komandası minimal hesablı qələbə qazanıb.

 

Milli üzvünün əvəzedilmədən başa vurduğu matçda yeganə qolu qarşılaşmanın 89-cu dəqiqəsində Engin Baytar vurub.

 

Türkiyə PTT 1-ci Liqası

XI tur

 

“Karşıyaka” – “Göztəpə” – 1:0

Qol: Engin Baytar, 89

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar