Kamran Ağayev avtomobil qəzasına düşdü, qabırğaları əzildi
17 dekabr 2012 14:59 (UTC +04:00)

Kamran Ağayev avtomobil qəzasına düşdü, qabırğaları əzildi

0

“Xəzər Lənkəran” futbol klubunun transferə çıxardığı qapıçı Kamran Ağayev bu yaxınlarda üzləşdiyi avtomobil qəzası barədə danışıb. Lent.az-ın məlumatına görə, 2012-ci ildə yığmamızın ən yaxşı qapıçısı seçilmiş Ağayev qəzadan yaxşı qurtulduğunu bildirib.

 

“Bir qədər qabırğalarımda əziklər var. Başqa əzilən yerim yoxdur” deyən təcrübəli qolkiper qəzada günahkar olmadığını deyib: “Maşınımı işıqforun qırmızı işığında vurdular. Özüm yol hərəkət qaydalarını çox pozuram. Amma bu dəfə qayda pozuntusu mənlik deyildi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2768

Oxşar yazılar