İtaliya millisinin sabiq kapitanı həbs edildi
26 fevral 2015 14:40 (UTC +04:00)

İtaliya millisinin sabiq kapitanı həbs edildi

İtaliya millisinin sabiq kapitanı Fabio Kannavaro həbs edilib. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, buna səbəb onun dövlət tərəfindən qadağa qoyulan vəsaiti xərcləməsidir. İtaliya höküməti 2014-cü ilin oktyabrında vergi pozuntusuna görə, onun bankda olan bir milyon avro puluna qadağa qoyub. F. Kannavaro məhz həmin vəsaiti xərclədiyi üçün, o, 10 aylıq azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Çinin "Quançjou Evenqrande" klubunu çalışdıran Kanavarrodan savayı, onun həyat yoldaşı və hazırda “Sasullo”da çıxış edən qardaşı Paolo qısa müddətə həbs olunub. Fabio Kannavaro 2006-cı il İtaliya millisinin heyətində dünya çempionu olub və həmin il "Qızıl top" mükafatını qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar