UEFA İtaliyanın “Latsio” və Rumıniyanın "Dinamo" klubları bir neçə il avrokuboklardan kənarlaşdıra bilər. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, qitənin ali futbol qurumu komandaların 2007-ci ildə Çempionlar Liqasında keçirdikləri bir oyunla bağlı araşdırma aparır. 2007/2008 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələn komandaların duelində Buxarest təmsilçisinin rəqibinə bilərəkdən uduzduğu iddia olunur.
Həmin il səfərdə rumıniyalılarla qarşılaşan “Latsio” heç-heçə (1:1) nəticələnən görüşün revanşında rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Halbuki, cavab oyununda Buxarest təmsilçisi fasiləyə 1:0 öndə yollanmışdı. Matçdan dərhal sonra “Latsio” “Dinamo”dan 20 yaşlı müdafiəçi Radu Stefanı 5,4 milyon avroya transfer edib.
Qarşılaşma ilə bağlı maraqlı faktlar əldə edən UEFA bununla bağlı dindirmələrə başlayıb.