İtaliya – Azərbaycan oyunu türk hakimlərə tapşırılıb. Lent.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, oktyabrın 10-da Palermoda baş tutacaq oyunu Hüseyn Göçək idarə edəcək.
Türk hakim bu il avqustun 21-də Avropa Liqasının pley-off mərhələsində “Partizan”- “Neftçi” qarşılaşmasını idarə edib. Oyun serblərin 362 hesabı ilə qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, matç Renso Barbera stadionunda Bakı vaxtı ilə 23:45 də başlayacaq.