İsrail Avropa Oyunlarında 142 nəfərlə təmsil olunacaq
08 iyun 2015 14:44 (UTC +04:00)

İsrail Avropa Oyunlarında 142 nəfərlə təmsil olunacaq

 

 

İsrail Bakıda keçiriləcək Avropa Oyunlarına böyük nümayəndə heyəti göndərəcək.

 

APA-nın məlumatına görə, bu barədə “jewishnews.co.uk” saytı xəbər yayıb.

 

İsraildən Azərbaycana 142 idmançının gələcəyi bildirilir:

 

“Bakının ev sahibliyi edəcəyi 6000-dən artıq idmançının mübarizə aparacağı Avropa Oyunlarına 600 mindən çox tamaşaçının gələcəyi gözlənilir. Dünya üzrə oyunları izləyəcək televiziya tamaşaçılarının sayı isə 1 milyarddan artıq olacaq. Burada 20 idman növü üzrə yarışlar təşkil ediləcək. 12 idman növü üzrə Rio-2016 Olimpiya Oyunları üçün təsnifat lisenziyaları müəyyənləşdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar