İspaniya Superkubokunun qalibi müəyyənləşib.
APA-nın məlumatına görə, “Nou Kamp” stadionunda baş tutan oyunda son çempion “Barselona” ilə “Sevilya” üz-üzə gəlib.
Görüş “Barselona”nın 3:0 inamlı hesablı qələbəsi ilə başa çatıb. Matçda türkiyəli futbolçu Arda Turan dubla imza atıb.
Qeyd edək ki, Sevilyada keçirilən ilk oyunda da katalonlular üstün olub– 2:0.
İspaniya Superkuboku
“Barselona” – “Sevilya” – 3:0
Qollar: Arda Turan (10,47), Messi (56)