İspaniyanın futbol yığmasının heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, komandanın baş məşqçisi Visente Del Boske “Avro-2016”nın seçmə mərhələsində oktyabrın 9-da Slovakiyaya, 12-də isə Lüksemburqa qarşı keçiriləcək oyunlar üçün 23 futbolçuya dəvət göndərib:
Qapıçılar: Kasilyas (“Real”), De Xea (“Mançester Yunayted”), Kasilya (“Espanyol”)
Müdafiəçilər: Serxio Ramos, Karvahal (hər ikisi “Real”), Pike, Alba (hər ikisi “Barselona”), Albiol (“Napoli”), Aspilikueta (“Çelsi”), Bernat (“Bavariya”), Xuanfran (“Atletiko”)
Yarımmüdafiəçilər: Buskets, İnyesta, Pedro (hamısı “Barselona”), Koke, Raul Qarsiya (hər ikisi “Atletiko”), Fabreqas (“Çelsi”), İturraspe (“Atletik”), Silva (“Mançester Siti”), Kazorla (“Arsenal”)
Hücumçular: Dieqo Kosta (“Çelsi”), Alkaser, Rodriqo (“Valensiya”)