İran yığmasının baş məşqçisi, Portuqaliyadan olan futbol mütəxəssis Karluş Keyruş tutduğu vəzifədən istefa verib.
Lent.az-ın “Çempion.com”-a istinadən məlumatına görə, Keyruş F qrupunda İranın Bosniya və Herseqovinaya 1:3 hesabı ilə uduzduğu oyundan sonra bu qərarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis oyundan sonrakı mətbuat konfransında vəzifəsindən getməsini haqda bunları bildirib: “Mən bu layihəyə sədaqətli olduğumu göstərdim. Son 11 ayda yeni müqavilənin imzalanması ilə bağlı təklif almamışam. Obrazlı desək tərəflərdən biri istəməsə, toy olmaz. Mən gözlədim, ancaq təklif almadım. Bu səbəbdən də istefa verirəm. Bu gün bura gəlib, mənə bu işi verənlərə “sağ ol” demək istəyirəm”.
Xatırladaq ki, dünya birinciliyinin qrup mərhələsində İran Nİgeriya ilə heç-heçə, oynayıb. Argentinaya 0:1, Bosniya və Hersoqovinaya isə 1:3 hesabı ilə uduzub.