İngiltərənin ən yaxşı futbolçusu bəlli oldu
09 may 2017 02:17 (UTC +04:00)

İngiltərənin ən yaxşı futbolçusu bəlli oldu

0

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante növbəti mükafata sahib çıxıb.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, "BBC"nin idman jurnalistləri arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, o, İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib. Fransalı futbolçu səsvermədə komanda yoldaşı Eden Azar və Dele Allini ("Tottenhem") qabaqlayıb.

 

Qeyd edək ki, N.Kante bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının peşəkar futbolçular və Futbolçuların Həmkarlar İttifaqının üzvləri arasında keçirdiyi sorğuda cari mövsümün ən yaxşı oyunçusu seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar