II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib.
Belə ki, yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.
Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.