İdmançılarımızdan Avrasiya kubokunda 5 qızıl, 2 gümüş
0
0
Fevralın 25-də Tbilisidə WK-1 idman növü üzrə Avrasiya çempionatında peşəkar idmançıların yarışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Murad Babayev 71 kiloqram çəki dərəcəsində Gürcüstan idmançısı Qote Qureşidze ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən M.Babayev Avrasiya kubokunun qalibi olub. Həvəskarlar arasında Azərbaycanın daha dörd idmançısı qızıl medal qazanıblar.
Peşəkar rinqdə mübarizə aparan digər idmançılarımız Babək Qəmbərov və Sənan Qasımov isə çempionatın gümüş medallarına sahib olublar.
Qeyd edək ki, Avrasiya çempionatı ilk dəfə Gürcüstanda keçirildi.
0
0