I Avropa Oyunlarına nə qədər vəsait sərf ediləcək? <span style="color:red;">RƏSMİ
14 oktyabr 2014 12:32 (UTC +04:00)

I Avropa Oyunlarına nə qədər vəsait sərf ediləcək? RƏSMİ

0

Gələn il Azərbaycanda baş tutacaq I Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat sərf ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunan məbləğ idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə ayrılacaq.

2015-ci ildə dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 347,7 milyon manat vəsait ayrılıb. Bu, 2014-cü illə müqayisədə 36,3 milyon manat və yaxud 11,7 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən isə 72,8 milyon manat və ya 26,5 faiz çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1494

Oxşar yazılar