Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokuna yekun vurulub.
Apasport.az saytının məlumatına görə, 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.
Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb.
Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.
Heydər Əliyev Kuboku, 3-cü tur
15 iyun
Zaqatala - Şüvəlan 2:2
Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 - Rəhman Musayev, 34; 74-pen.
Araz Naxçıvan - MOİK 2:2
Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 - Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.