Gürcüstanın “Laqodexi” futbol klubunun məşqçisi Zurab Popxadze intihar edib. Lent.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssisin meyiti Şroma kəndindən tapılıb.
Fakt üzrə cinayət işi qaldırılıb. Araşdırmaları Laqodexi polisi aparır. İntiharın səbəbləri hələ məlum deyil.
Qeyd edək ki, Zurab Popxadzenin həyat yoldaşı və 3 övladı qalıb.