Bakı-2015: Güləşçilərimizin döşəkdə  - YENİLƏNİB
13 iyun 2015 13:08 (UTC +04:00)

Bakı-2015: Güləşçilərimizin döşəkdə - YENİLƏNİB

Güləşçilərimizdən 98 kq çəki dərəcəsində mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.

 

Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1.

 Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizədə  isə 3-1 hesabı ilə məğlub olub.

**

Pəhləvanımız Elman Muxtarov finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

**

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.

 

Yunan-Roma güləşi

 

59 kq

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.

 

Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6.

 

Pəhləvanımızı finala gedən yolda daha gərgin mübarizə gözləyir. Muxtarov yarımfinal səddini keçmək üçün rusiyanı təmsil edən erməni əsilli Stefan Maryanyanla güləşəcək.

 

71 kq

71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev arenaya toplaşan azarkeşlərə sevinc bəxş edib. O, rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.

 

Rəsul 1/4 finalda Dominik Etlinqerlə gücünü yoxlayacaq.

 

80 kq

Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu xalçaya dəvət edib.

 

O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Elman mübarizəni yarımfinalda davam etdirəcək.

 

98 kq

Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.

 

Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparacaq.

 

Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar