75 kq çəki dərəcəsində yunan-roma güləşi üzrə ölkəmizi təmsil edən dünya və ikiqat Avropa çempionu Elman Muxtarov bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, o, 3-cü yer uğrunda döyüşdə ermənistanlı Roman Amoyan üzərində 9-1 hesabi ilə qalib gələrək bürünc medalı qazanıb.
Qeyd edək ki, təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib - 7:6.
Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub.