Güləşçimiz Həsən Əliyev bürünc medal qazanıb
14 iyun 2015 19:27 (UTC +04:00)

Güləşçimiz Həsən Əliyev bürünc medal qazanıb

Dünya və Avropa çempionumuz Həsən Əliyev bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, o, bürünc medal uğrunda serbiyalı Aleksandr Maksimoviçlə üz-üzə gəldi. Qarşılaşma 3-0 hesabı ilə azərbaycanlı pəhlivanın xeyrinə başa çatıb.

 

Qeyd edək ki, Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.

 

Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar