Borçalıdan olan gənc idmançı soydaşımız oktyabrın 24-28-də İstanbulda keçirilən universal döyüş üzrə festivalda qızıl medala layiq görülüb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, idman festivalına azərbaycanlıların kompakt yaşadığı Marneulidən 3 nəfər qatılıb. Məşqçi Faiq Məmmədovun APA-ya verdiyi məlumata görə, Marneulinin Candar kəndindən olan 14 yaşlı Kənan Nəbiyev yarışın çempionu olub. O, final görüşündə türk idmançısına qalib gələrək birinci yerə çıxıb və qızıl medal ilə təltif olunub.
Marneulidən festivala qatılan digər idmançılardan Qiqa Qavaselişvili ikinci yerə, Bəxtiyar Vəliyev isə üçüncü yerə layiq görülüb.