Futbolçu qəzada vurduğu qadına baş çəkdi
18 aprel 2013 22:56 (UTC +04:00)

Futbolçu qəzada vurduğu qadına baş çəkdi

“Neftçi” futbol klubunun oyunçusu Araz Abdullayev bir müddət əvvəl maşınla vurduğu qadına baş çəkib.

 

Qeyd edək ki, futbolçu bir müddət əvvəl Bakının Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə yolu təmizləyən iki süpürgəçi qadını vurmuşdu. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölmüşdü, digər qadın Gülsabah Nuriyeva isə ağır halda xəstəxanaya yerləşdirilmişdi.

 

Araz Abdullayev saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb.

 

Bu gün futbolçu Araz Abdullayevin doğum günüdür. Gənc və perspektivli futbolçunun 21 yaşı tamam olur. ANS PRESS-in əldə etdiyi məlumata görə, o, ad günündə xəstəxanada olan Gülsabah Nuriyevaya baş çəkib. 

# 1613
avatar

Oxşar yazılar