FTB dünya çempionatlarının Rusiya və Qətərdə keçirilməsi qərarını yoxlayacaq
03 iyun 2015 22:25 (UTC +04:00)

FTB dünya çempionatlarının Rusiya və Qətərdə keçirilməsi qərarını yoxlayacaq

0

ABŞ-ın Federal Tədqiqatlar Bürosu Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) korrupsiya işi çərçivəsində 2018 və 2022-ci il dünya çempionatlarını Rusiya və Qətərdə keçirilməsi barədə qərarını yoxlamaq niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Federal Tədqiqatlar Bürosundakı mənbə bildirib.

 

FTB-də xəbəri nə təsdiq, nə də təkzib ediblər.

 

“Federal Tədqiqatlar Bürosu apardığı carı araşdırmalar barəsində şərh vermir”, deyə Büro rəsmisi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar