FHN əməkdaşı çempionatın 3-cüsü oldu
16 fevral 2017 17:10 (UTC +04:00)

FHN əməkdaşı çempionatın 3-cüsü oldu

0

Fevralın 13-14-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib.

FHN-dən Lent.az-a verilən məlmata görə, çempionatda 45 komanda və bu komandalardan 325 idmançı mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən idmançı Nəriman Baxışov 81 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. O, İdman-sağlamlıq klubunun məşqçi-müəllimləri Rasim Babayev və Taleh Sadıqovun rəhbərliyi altında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar