67 kq çəkidə karate yığmamızın üzvü Niyazi Əliyev bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, o, bürünc medal uğrunda görüşdə almaniyalı Rikardo Gieglerlə qarşılaşıb. Görüş həmvətənlimizin 3:1 hesabı ilə qələbəsi ilə nəticələnib. Bununla bu, azərbaycanlı karateçilərin aktivinə yazılan 3-cü medaldır.
Qeyd edək ki, komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.
O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) görüşdə 1:4 məğlub olub.