<span style="color:red;">Finalda şok qadağa:  siqaret çəkilməyəcək
05 iyun 2015 17:50 (UTC +04:00)

Finalda şok qadağa: siqaret çəkilməyəcək

Çempionlar Liqasının “Yuventus” və “Barselona” arasında keçiriləcək final oyunu ilə bağlı maraqlı qərar qəbul edilib. Apasport.az saytı xəbər verir ki, UEFA-nın qərarına əsasən, matçın keçiriləcəyi Berlinin Olimpiya stadionuna azarkeşlər siqaretlə daxil ola bilməyəcəklər.

 

Belə ki, Avropanın ali futbol qurumu finalı izləyəcək fanatların matç ərzində siqaret çəkməsini qadağan edib. Fanatlar adi siqaretlə yanaşı, elektron siqaretdən də istifadə edə bilməyəcəklər.

 

Azarkeşlər stadionun girişində qoyulan turniketə qədər siqaretlərini çəkib bitirməlidilər.

 

Qeyd edək ki, ÇL-in final qarşılaşması sabah, Bakı vaxtı ilə 23:45-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar