Apasport.az-ın məlumatına görə, ali futbol qurumunun yazarları Türkiyə və Braziliya milli komandaları arasında keçirilən yoldaşlıq görüşü barədə xəbərdə yalnışlıq ediblər.
Belə ki, “sambaçılar”ın İstanbulda 0:4 hesabı ilə qalib gəldikləri matçda “ay-ulduzlular”ın qapıçısı Volkan Dəmirəlin adını ölkənin IX prezidenti Süleyman Dəmirəllə səhv salıblar.
Bundan başqa, oyunun 24-cü dəqiqəsində avtoqola imza atan Semih Kayanın ismi, “Qalatasaray”ın sabiq futbolçusu (1992-2003) Suat Kaya kimi göstərilib.
Daha sonra FİFA-nın rəsmi saytı səhvini başa düşərək, xəbərdə düzəlişlər edib.