FİFA-nın yeni prezidenti bədxərclik edib
10 iyun 2016 01:38 (UTC +04:00)

FİFA-nın yeni prezidenti bədxərclik edib

0

FİFA-nın yeni prezidenti Canni İnfantino üç ay müddətində bir neçə dəfə FİFA Etika Məcəlləsini pozub, həmçinin ən azı 14 min avro bədxərclik edib.

 

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri yazıb.

 

İddia olunur ki, C.İnfantino FİFA-nın vəsaitinə trenajor, smokinq, gül, futbol butsıları alıb. Bütün bunlar təxminən 14 min avroya başa gəlib.

 

Bundan başqa, onun digər şəxsi məqsədləri üçün vəzifəsindən sui-istifadə etdiyi bildirilir.

 

Nəşr bütün bunları sübut edən müvafiq sənədlərə malik olduğunu da iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar