FİFA-da prezident seçkisinin vaxtı məlum oldu
10 iyun 2015 11:36 (UTC +04:00)

FİFA-da prezident seçkisinin vaxtı məlum oldu

FİFA prezidentliyinə növbədənkənar seçkilərin tarixi məlum olub. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu dekabrın 16-da Sürixdə yeni prezidentini seçəcək.

 

Əslində, prezident seçkilərinin tarixi gələn ay açıqlanmalı idi. Lakin daha sonra məhz dekabrda konqresin yığılması və yeni prezidenti seçməsi qərara alınıb.

 

Qeyd edək ki, mayın 29-da baş tutan konqresdə 5-ci dəfə FİFA prezidenti seçilən Yozef Blatter iyunun 2-də gözlənilmədən istefa verdiyini açıqlamışdı. O, yeni prezidentin seçilməsi üçün növbədənkənar iclas keçirilməsini tələb etmişdi. Ali futbol qurumu isə seçki gününə qədər Blatterin vəzifəsində qalmasını qərara almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92
avatar

Oxşar yazılar