
FHN-in idmançıları mükafat qazandılar
Sentyabrın 21-22-si Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kyokuşin Karate Federasiyasının “Açıq Bakı turniri” keçirilib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışlarda 21 komandadan 160-dan yuxarı idmançı mübarizə aparıb. Turnirə FHN-in İdman-Sağlamlıq Mərkəzinin komandası mərkəzin məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi ilə 9 idmançı qatılıb.
Mərkəzin idmançıları yeniyetmələr arasında Lalə Mirkamal 40-kq, Xədicə Vəkilova 30-kq, Vüqar Sayadov 45-kq, Rüfət Hacıyev 50-kq çəki dərəcələrində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar. Rəşad Rüstəmzadə 40-kq, İlkin Səmədov 40-kq, Elşən Şəhniyarov 45-kq, Xəyal Priyev 50-kq və gənclər arasında isə Sərfəz Səmədzadə 60-kq çəki dərəcələrində gümüş medala layiq görülüblər.
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39