Estoniya ilk Avropa Oyunlarına 57 idmançı ilə gələcək
08 may 2015 21:39 (UTC +04:00)

Estoniya ilk Avropa Oyunlarına 57 idmançı ilə gələcək

Estoniya Olimpiya Komitəsi ölkəni “Bakı-2015” ilk Avropa Oyunlarında 57 idmançının təmsil edəcəyini açıqlayıb.

Lent.az-ın “Bakı-2015”-ə istinadən məlumatına görə, Estoniya atletləri idmanın 12 növü üzrə yarışlarda iştirak edəcəklər. Estoniyalı idmançılar basketbol 3x3, velosiped idmanı, cüdo, atıcılıq, güləş, boks, çimərlik voleybolu, badminton, triatlon, üzgüçülük, qılıncoynatma və kamandan oxatma üzrə yarışlarda birincilik uğrunda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar